AZ

Venesuelada hərbi təyyarə qəzaya uğrayıb

Venesuelanın Bolivar Milli Silahlı Qüvvələri (FANB) Amazonas əyalətinin cəngəlliklərində qəzaya uğrayan hərbi təyyarədə sağ qalan 3 nəfəri xilas edib.

Operativ Media xəbər verir ki, bu barədə dövlət telekanalı VTV məlumat yayıb.

"FANB təyyarənin göyərtəsində olan 3 nəfəri möcüzəvi şəkildə xilas edə bilib", – məlumatda qeyd olunub.

Qəzaya uğrayan AMB4292 qeydiyyat nömrəli "Karvan" təyyarəsi Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Bolivar Respublikasının qubernatoru Migel Rodriges bildirib ki, Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Aviasiya Qrupuna məxsus təyyarənin göyərtəsində azı 10 nəfər olub. Onların arasında tibb işçiləri, ekipaj üzvləri və tibbi müayinədən sonra evə qayıdan yerli Yanomami xalqının nümayəndələri yer alıb.

İlkin ehtimallara əsasən, qəzaya texniki nasazlıq səbəb olub.

Hazırda qəza yerində xilasetmə əməliyyatları davam etdirilir. Telekanal vertolyotla xərəyə yerləşdirilərək təxliyə edilən yaralılardan birinə dair görüntülər yayımlayıb. Digər sərnişinlərin taleyi hələlik məlum deyil.

Seçilən
5
1
operativmedia.az

3Mənbələr