AZ

Venesuelada hərbi təyyarə qəzaya uğrayıb

Venesuelanın Bolivar Milli Silahlı Qüvvələri (FANB) Amazonas əyalətinin cəngəlliklərində qəzaya uğrayan hərbi təyyarədən sağ çıxan 3 nəfəri xilas edib..

Poliqon bildirir ki, bu barədə dövlət telekanalı VTV məlumat yayıb. 

"FANB möcüzəvi şəkildə təyyarənin göyərtəsində olan üç nəfəri xilas edə bilib", məlumatda deyilir.

AMB4292 qeydiyyat nömrəli “Karvan” təyyarəsi Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan az sonra radarlardan itib. Ştat qubernatoru Migel Rodriges bildirib ki, Bolivar Respublikası Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Aviasiya Qrupuna məxsus təyyarənin göyərtəsində ən azı 10 nəfər, o cümlədən tibb işçiləri, ekipaj üzvləri və yerli Yanomami xalqının nümayəndələri tibbi müayinədən keçdikdən sonra evə qayıdırdılar.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilər.

Qəza yerində xilasetmə əməliyyatı davam edir. Telekanal vertolyotla xərəkdə götürülən qurbanlardan birinin təxliyəsini əks etdirən kadrları nümayiş etdirib. Digər sərnişinlərin taleyi hələ də müəyyənləşdirilir.

Poliqon.info 

Seçilən
18
1
poliqon.info

3Mənbələr