AZ

Rusiyadan ABŞ-yə təklif: Alyaskanı bizə satın

BAKI, 30 iyul. TELEQRAF

Krım “parlamentinin rəhbəri” Vladimir Konstantinov ABŞ-yə Alyaska ştatını Rusiyaya bazar qiymətinə satmağı təklif edib.

Teleqraf xəbər verir ki, o, mümkün sövdələşmənin ABŞ-yə milli borcunu bir qədər azaltmağa kömək edəcəyini bildirib.

Konstantinov qeyd edib ki, Alyaska vaxtilə ABŞ-yə ucuz satılıb.

“Bu, böyük bir iş deyil, amma Alyaska bizim əcdadlarımız tərəfindən kəşf edilib, tədqiq olunub və inkişaf etdirilib”, - Krım “parlamentinin rəhbəri” deyib.

Xatırladaq ki, Alyaska 1867‑ci ildə Rusiyadan 7,2 milyon dollar qarşılığında ABŞ-yə satılıb. Bu müqavilə 30 mart 1867‑ci il tarixində imzalanıb. ABŞ Senatı aprelin 9-da müqaviləni təsdiqləyib və ərazi oktyabrın 18-də rəsmi olaraq ABŞ‑nin nəzarətinə keçib.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr