"Krım parlamentinin rəhbəri” Vladimir Konstantinov ABŞ-yə Alyaska ştatını Rusiyaya bazar qiymətinə satmağı təklif edib.
Teleqraf xəbər verir ki, o, mümkün sövdələşmənin ABŞ-yə milli borcunu bir qədər azaltmağa kömək edəcəyini bildirib.
Konstantinov qeyd edib ki, Alyaska vaxtilə ABŞ-yə ucuz satılıb.
“Alyaska bizim əcdadlarımız tərəfindən kəşf edilib, tədqiq olunub və inkişaf etdirilib”, - Krım “parlamentinin rəhbəri” deyib.
Xatırladaq ki, Alyaska 1867‑ci ildə Rusiyadan 7,2 milyon dollar (bu günkü kursla təxminən 6 milyard dollar) qarşılığında ABŞ-yə satılıb. Bu müqavilə 30 mart 1867‑ci il tarixində imzalanıb. ABŞ Senatı aprelin 9-da müqaviləni təsdiqləyib və ərazi oktyabrın 18-də rəsmi olaraq ABŞ‑nin nəzarətinə keçib.