"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu İrlandiyanın "Şelburn" klubunu qəbul edəcək.
Səfərdə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda da qələbə qazanacağı gözlənilir.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - "Şelburn" (İrlandiya)
Baş hakim: Andrea Kolombo (İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun: 3:0
Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı halda FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klubların ilk matçında şimali makedoniyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.
İdman.biz