AZ

"Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur"

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn"u 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra "Şelburn"un baş məşqçisi Con Obrayan jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunda 0:3 uduzsanız da, bu gün daha az risk edirdiz, 5 müdafiəçi ilə oynayırdız. Daha ağır hesabla uduzmaq istəmirdiz?

- Birinci oyunu da bu cür oynamışdıq. Onda da müdafiəçilərimiz çox idi. Böyük stadion idi, ağır atmosferdə oynayırdıq. İlk hissədə 0:0 olmasını istəyirdik ki, ikinci hissədə dəyişikliklər edək.

- Növbəti mərhələdə hansı rəqiblə oynamaq istəyərdiz, FKSB, yoxsa "Şkendiya"?

- Buna qədər onu fikirləşmirdik. Bu oyuna fokuslanmışdıq. Hər ikisi güclüdür.

- "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinə düşmək potensialını görürsüz?

- "Qarabağ"ın elə təcrübəsi var. İllərdir ki, avrokuboklarda oynayırlar. Yaxşı oyunçuları var. Getdikcə oyunlar daha da çətinləşəcək.

- Məğlubiyyətinizin səbəbini nədə görürsüz? Siz yaxşı oynamadız, yoxsa "Qarabağ" güclü idi?

- Dublində ikinci hissədə qol şanslarımız var idi. Səhvlər edərək, qollar buraxdıq. Bugünkü oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, birinci hissənin sonunda buraxdığımız qol oldu. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı.

- Sizcə, "Qarabağ"a qarşı doğru taktika seçmişdiz?

- Çox səhv etmirəm. 1:0-dan sonra imkanlarımız var idi. "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur.

Seçilən
92
8
sportinfo.az

10Mənbələr