AZ

Tramp ABŞ-yə gələn ukraynalıların qalmasına icazə verəcək

ABŞ Prezidenti Donald Tramp, Ukrayna vətəndaşlarının hərbi əməliyyatlar başa çatana qədər ABŞ-də qalmasına icazə vermək niyyətində olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bəli, düşünürəm ki, bunu edəcəyik”, – deyə Tramp, Ukrayna böhranı başa çatana qədər ukraynalıların ABŞ-də qala bilməyəcəyi ilə bağlı suala cavabında bildirib.

“Ukraynadan bizə çoxlu insan gəlir. Biz də onlarla işləyirik”, – Ağ Evin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Seçilən
13
operativmedia.az

1Mənbələr