ABŞ Prezidenti Donald Tramp, Ukrayna vətəndaşlarının hərbi əməliyyatlar başa çatana qədər ABŞ-də qalmasına icazə vermək niyyətində olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bəli, düşünürəm ki, bunu edəcəyik”, – deyə Tramp, Ukrayna böhranı başa çatana qədər ukraynalıların ABŞ-də qala bilməyəcəyi ilə bağlı suala cavabında bildirib.
“Ukraynadan bizə çoxlu insan gəlir. Biz də onlarla işləyirik”, – Ağ Evin mətbuat xidməti onun sözlərini sitat gətirib.