ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Növbəti beş il ərzində Abşeron dairəvi dəmir yolu üzrə yeni xəttlərin istifadəyə verilməsi planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu barədə "ASAN radio"ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.
Onun sözlərinə görə, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Yeni Suraxanı-Hövsan dəmir yolu xətlərinin bərpası, həmçinin həmin marşrutlar üzrə yerləşən dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.