"Növbəti beş il ərzində Abşeron dairəvi dəmir yolu üzrə yeni xəttlərin istifadəyə verilməsi planlaşdırılır".
Avtosfer.az xəbər verir ki, bu barədə "ASAN radio"ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.
Onun sözlərinə görə, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Yeni Suraxanı-Hövsan dəmir yolu xətlərinin bərpası, həmçinin həmin marşrutlar üzrə yerləşən dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.