AZ

Sevda Nuriyeva “Flora” - “Riqa” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nuriyeva qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Sevda Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq. Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.

1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.

Seçilən
8
35
arena.az

10Mənbələr