AZ

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.

News24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.

Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq.

Referi yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.

Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.

Seçilən
83
35
news24.az

10Mənbələr