AZ

Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

Bakı. Trend:

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dannövbəti təyinat alıb.

AFFA-dan Trend-ə verilən məlumata görə, o, qadın futbolçulararasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsiçərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasınıyerinə yetirəcək.

S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora”(Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim YoannaVassallonun köməkçisi olacaq.

Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. SevdaNuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkilolunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim TyaşaMisyanın başçılıq etdiyi briqadada yer alacaq.

Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “AxillHammerel” stadionunda keçiriləcək.

Seçilən
0
34
az.trend.az

10Mənbələr