AZ

Sevda Nuriyeva UEFA dan təyinat alıb

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.Reyting.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq.Referi yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
35
reyting.az

10Mənbələr