AZ

Bakıda çimərlikdə faciə: 8 yaşlı uşağı xilas etmək istəyən kişi özü də boğuldu

Bakıda çimərlikdə daha iki nəfər boğulub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.

İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov 8 yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
6
6
far.az

10Mənbələr