AZ

Dənizdə boğulan uşağı xilas edərkən dünyasını dəyişən polis əməkdaşı imiş

Ötən gün dənizdə boğulan iki nəfərdən birinin mühafizə polisi olduğu məlum olub...

Oxu.Az xəbər verir ki, hadisə dünən Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində baş verib. Belə ki, iki nəfər suda batıb.

Onlar - İmişli rayon sakini, 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarovdur. R.Cabbarov mühafizə polisində çalışırmış. O, səkkiz yaşlı uşağın boğulduğunu görüb, onu xilas etməyə çalışıb. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Onların meyiti sudan çıxarılıb.
Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.

***

Bakıda çimərlikdə daha iki nəfər boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.

İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov səkkiz yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info

Seçilən
13
1
poliqon.info

10Mənbələr