Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
WBA versiyasının ağır çəki dərəcəsində keçmiş dünya çempionu Duayt Məhəmməd Kavi vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Beş ildir Alzeymer xəstəliyindən əziyyət çəkən Kavi 72 yaşında dünyasını dəyişib.
İslamı qəbul edən Kavi 1978-ci ildə peşəkar boksda debüt edib. 1981-ci ilin dekabrında o, amerikalı Metyu Saad Məhəmmədə qalib gələrək ilk dəfə Dünya Boks Şurasının (WBC) yarımağır çəkisində çempionu olub. O, daha sonra bir neçə dəfə kəmərini qorumağı da bacarıb. Kavi 1985-ci ilin iyulunda birinci ağır çəki dərəcəsində dünya birincisi adına yiyələnib. Boksçu titulunu Evander Holifildlə döyüşünə qədər özündə saxlayıb.
Duayt Məhəmməd Kavi 2004-cü ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.