AZ

Boks üzrə sabiq dünya çempionu vəfat etdi

BAKI, 29 iyul. TELEQRAF

Dünya Boks Assosiasiyasının (WBA) birinci ağır çəki dərəcəsində keçmiş dünya çempionu Duayt Məhəmməd Kavi 72 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Kavi beş il idi ki, demensiya ilə mübarizə aparırdı.

İslamı qəbul etməzdən əvvəl Duayt Brekston adını daşıyan Qavi, silahlı soyğunçuluğa görə həbs cəzasını çəkdikdən sonra 1978-ci ildə peşəkar boksda debüt edib. 1981-ci ilin dekabrında o, amerikalı Metyu Saad Məhəmmədə qalib gələrək ilk dəfə Dünya Boks Şurasının (WBC) yarımağır çəkisində çempionu olub. O, daha sonra bir neçə dəfə kəmərini qorumağı da bacarıb.

Kavi 1985-ci ilin iyulunda birinci ağır çəki dərəcəsində dünya birincisi adına yiyələnib. Boksçu titulunu Evander Holifildlə döyüşünə qədər özündə saxlayıb.

Duayt Məhəmməd Kavi 2004-cü ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr