AZ

Tramp Çin lideri ilə görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Xi Jinping ilə zirvə görüşmək istəmədiyini açıqlayıb, lakin onun dəvəti ilə Çinə səfər edə biləcəyini qeyd edib.
Vətəninfo.az xəbər verir ki , bu barədə Ağ Ev rəhbəri özünün Truth sosial platformasında yazıb.

“Saxta xəbərlərdə Çin prezidenti Xi ilə “zirvə” axtardığım barədə xəbərlər yayılır. Bu, doğru deyil, mən heç nə axtarmıram. Mən Çinə gedə bilərəm, ancaq bu, yalnız prezident Xi-nin dəvəti ilə olacaq və bu, uzadılıb. Əks halda, maraq yoxdur”, – Tramp yazıb.

Öz növbəsində Reuters xəbər verir ki, iki liderin köməkçiləri Donald Trampın Asiyaya səfəri zamanı bu ilin sonunda baş tuta biləcək mümkün görüşü müzakirə ediblər.

Agentliyin mənbələri görüşün oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı baş tuta biləcəyini bildirib. 

İyulun 28-də Stokholmda ABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu başladı və bu danışıqlar həm də iki lider arasında görüşə zəmin yarada bilər. 

Seçilən
0
50
veteninfo.az

10Mənbələr