AZ

Tramp Rusiyaya 10 gün vaxt verdi

  Vaşinqton administrasiyası 10 gün ərzində Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə razılığa gəlmək istəyir, əks halda, idxal rüsumları tətbiq edəcək.

Referans xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Aberdindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

O, Amerika razılaşmanın əldə edilməsi üçün əvvəllər təyin etdiyi 50 günlük müddəti necə azaldacağı ilə bağlı sualı cavablandırıb: Bu gündən başlayaraq 10 gün. Sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, onlara təsir edə bilər və ya etməyə bilər. Amma təsir edə bilər".

Trampın sözlərinə görə, Rusiya tərəfi “yəqin ki, müharibəni davam etdirmək istəyir”.//Musavat.com  

Seçilən
56
18
referans.az

10Mənbələr