AZ

Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib.

Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovu boğub öldürüb.

M.Daşdəmirov hadisəni törətdikdən sonra Zaqatala rayonuna gedərək orada könüllü polisə təslim olub və hadisəni törətdiyini etiraf edib.

Mərhumun iki azyaşlı övladının olduğu qeyd edilib. 

Qeyd edək ki, G.Məmmədova əslən Salyan rayonundandır.

Seçilən
3
5
qaziler.az

10Mənbələr