AZ

Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

 

Hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovu boğub öldürüb.

 

M.Daşdəmirov hadisəni törədəndən sonra Zaqatala rayonuna gedərək orada könüllü olaraq polisə təslim olub və hadisəni törətdiyini etiraf edib./Oxu.az

Tarix: 29 İyul 2025, 11:40   
Seçilən
21
5
pravda.az

10Mənbələr