AZ

“Araz-Naxçıvan”ın Yunanıstan planı - Nə var, nə yox?

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində Yunanıstanda “Aris”in qonağı olacaq “Araz-Naxçıvan”ın səfər planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi Yunanıstana iyulun 29-da yollanacaq.

Bir gün sonra isə baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı nəzərdə tutulub.

Klub rəsmisi “Araz-Naxçıvan”ı “Aris”lə oyunda dəstəkləmək üçün hələ ki, heç bir azarkeşin müraciət etmədiyini deyib.

"Aris" - "Araz-Naxçıvan" görüşü iyulun 31-də Salonikidəki "Klintis Vikelidis" stadionunda, Bakı vaxtı ilə 22:15-də start götürəcək. Naxçıvan təmsilçisi Bakıda baş tutan oyunda qələbə qazanıb - 2:1.

Seçilən
22
49
sportinfo.az

10Mənbələr