AZ

Markov: “AZAL təyyarəsini Rusiya vurub və Kreml bunu dəqiq bilir” - VİDEO

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Moskva ilə Bakı arasında gərginliyin səbəbinin təyyarə insidenti olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə politoloq "Tsarqrad TV" kanalında çıxışı zamanı danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! AZAL təyyarəsini VUR ƏMRİ VERƏNLƏR - ADLAR+FOTO


“Gərginliyin səbəbi təyyarə qəzasıdır (AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasını nəzərdə tutur - red.). Bu təyyarəni biz vurmuşuq və bu kifayət qədər aydındır. Bu, dəqiq bilinir – təyyarəni biz vurmuşuq. Və Azərbaycan da bilir ki, Rusiya hakimiyyəti bunu dəqiq bilir,” – deyə Markov bildirib.

Onun sözlərinə görə, Bakı üzrxahlıq tələb edir və Moskvaya xatırladır ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan təsadüfən vurulan Rusiya helikopterinə görə məsuliyyəti dərhal üzərinə götürmüş və məsələni tez bir zamanda həll etmişdi:

“Rusiya isə hələ də Aktau faciəsinə görə rəsmi şəkildə məsuliyyəti öz üzərinə götürməyib”.

Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. Qəza zamanı 29 nəfər sağ qalıb.


Bizim.Media

Seçilən
90
1
bizim.media

10Mənbələr