ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda çimərlikdə daha iki nəfər boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.
İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov 8 yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.
Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Samir Əli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.