AZ

“Xankəndi” ilə çempion olan funksioner yüksək vəzifəyə təyin edildi

Ötən mövsüm Region Liqasında “Xankəndi” klubunun çempionluğunda mühüm rol oynamış Vasif İsmayılov yeni vəzifəyə təyin olunub. 

Bu barədə Fanat.Az-a klubun mətbuat sözçüsü Rauf İskəndərov məlumat verib. 

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. İcraçı idarəçilik sahəsində təcrübəli olan İsmayılov daha əvvəl Ağdam və Füzuli rayon xəstəxanalarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.


Qeyd edək ki, "Xankəndi"də icraçı direktor postunu tutan Vasif İsmayılov həm səhiyyə, həm də idman sahəsindəki fəaliyyəti ilə tanınır.

Seçilən
0
2
fanat.az

3Mənbələr