AZ

"Xankəndi" klubu ilə çempion olan funksioner yeni vəzifəyə təyin edilib - FOTO

Ötən mövsüm Region Liqasında "Xankəndi" klubunun çempionluğunda mühüm rol oynamış Vasif İsmayılov yeni vəzifəyə təyin olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fanat.Az saytına klubun mətbuat sözçüsü Rauf İskəndərov məlumat verib.

İsmayılov Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. İcraçı idarəçilik sahəsində təcrübəli olan İsmayılov daha əvvəl Ağdam və Füzuli rayon xəstəxanalarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, ötən mövsüm "Xankəndi"də icraçı direktor postunu tutan Vasif İsmayılov həm səhiyyə, həm də idman sahəsindəki fəaliyyəti ilə tanınır.

"Cebheinfo.az" 

Seçilən
24
2
cebheinfo.az

3Mənbələr