AZ

Şəmkirdə taksi sürücüsü iki əmioğlunu bıçaqlayıb


Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb.
Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
1
9
baki-xeber.com

10Mənbələr