AZ

Taksi sürücüsü əmi oğullarını bıçaqladı

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəmkirdə taksi sərnişinləri bıçaqlanıb.

Axar.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
10
axar.az

10Mənbələr