ain.az, Oxu.az portalına istinadən məlumat verir.
UEFA "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi - İrlandiyanın "Şelburn" klubunu cəzalandırıb.
Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb evdə Şimali İrlandiyanın "Linfild" klubunu 1:0 hesabı ilə məğlub etdikləri ÇL-nin I təsnifat mərhələsinin ilk oyunundan öncə komanda azarkeşlərinin ictimai keçidləri bloklaması səbəb olub.
UEFA Dublin təmsilçisini 4 000 avro məbləğində cərimələyib.
"Şelburn" "Linfild"lə cavab görüşündə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, "Qarabağ" "Şelburn"la İrlandiyadakı ilk oyunda 3:0 hesablı qələbəyə sevinib. Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.