AZ

UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

UEFA "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi - İrlandiyanın "Şelburn" klubunu cəzalandırıb.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb evdə Şimali İrlandiyanın "Linfild" klubunu 1:0 hesabı ilə məğlub etdikləri ÇL-nin I təsnifat mərhələsinin ilk oyunundan öncə komanda azarkeşlərinin ictimai keçidləri bloklaması səbəb olub.
 
UEFA Dublin təmsilçisini 4 000 avro məbləğində cərimələyib.
 
"Şelburn" "Linfild"lə cavab görüşündə 1:1 hesablı heç-heçə edib.
 
Qeyd edək ki, "Qarabağ" "Şelburn"la İrlandiyadakı ilk oyunda 3:0 hesablı qələbəyə sevinib. Komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Seçilən
2
3
moderator.az

4Mənbələr