AZ

Sumqayıtda zəncirvari qəza olub, bir nəfər ölüb

Sumqayıtda zəncirvari qəza olub.

APA xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.

Fakt araşdırılır.

Seçilən
6
14
apa.az

10Mənbələr