Sumqayıtda zəncirvari qəza olub...
APA xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.
Fakt araşdırılır.
Poliqon.info