AZ

Tramp Çin səfərinə dəvət aldığını açıqladı: Mən heç nə axtarmıram

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə tezliklə görüşmək üçün fürsət axtarmadığını, lakin artıq Çini ziyarət etmək üçün dəvət aldığını bəyan edib.

Oxu.Az-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"Yalançı media mənim Si Cinpinlə sammit keçirmək üçün fürsət axtardığımı bildirir. Bu həqiqətə uyğun deyil, mən heç nə axtarmıram", - deyə o vurğulayıb.

ABŞ lideri Çinə getmək üçün şərti olduğunu açıqlayıb.

"Mən Çinə gedə bilərəm, lakin yalnız Sədr Si Cinpinin dəvəti ilə, hansı ki, artıq göndərilib. Əks halda, mən bunda maraqlı deyiləm", - deyə Tramp əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
oxu.az

10Mənbələr