ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə tez bir zamanda görüşmək fürsəti axtarmadığını, lakin artıq Pekinə səfər dəvəti aldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ABŞ lideri "Truth Sosial”dakı hesabında yazıb.
"Yalançı KİV-lər yazır ki, mən Çin Sədri Si Cinpinlə sammit keçirmək üçün fürsət axtarıram. Bu, doğru deyil, mən heç nə axtarmıram", - o qeyd edib.
"Mən Çinə gedə bilərəm, ancaq artıq təklif göndərmiş Sədr Si Cinpinin dəvəti ilə. Əks halda, bu məni maraqlandırmır", - D.Tramp əlavə edib.