AZ

Tramp: “Müharibəni dayandırdıq, danışıqlara qayıdırıq”

Finss.az - ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra bu ölkələrlə ticarət danışıqlarını bərpa etməyə hazır olduqlarını açıqlayıb.

“Bu müharibəni dayandırmaqla minlərlə insanın həyatını xilas etdik. Mən artıq ticarət komandama danışıqları yenidən başlamağı tapşırdım”, – deyə Tramp bazar ertəsi “Truth Social” platformasında bildirib.

Tramp əlavə edib ki, Tailandın müvəqqəti baş naziri Phumtham Vechayachai və Kambocanın baş naziri Hun Manet ilə telefon danışığı aparıb və atəşkəslə bağlı razılığın əldə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, 24 iyul tarixində Kamboca sərhədində baş verən mina partlayışı nəticəsində beş tailandlı əsgər yaralanmış və bu, iki ölkə arasında silahlı qarşıdurmaya səbəb olmuşdu. Hər iki tərəf insidentə görə bir-birini günahlandırırdı.

Malayziya Baş naziri Anvar İbrahim isə bildirib ki, atəşkəs 29 iyuldan etibarən qüvvəyə minəcək.

Seçilən
56
32
fins.az

10Mənbələr