Tailand və Kamboca Malayziyanın Putracaya şəhərində atəşkəs danışıqlarına başlayıb. Görüşdə Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay və Kambocanın Baş naziri Hun Manet iştirak edir.
İyulun 26-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Tailand və Kamboca liderləri ilə danışıqlardan sonra tərəflər atəşi dayandırmaq istəklərini bildiriblər və bu, tezliklə baş verməlidir.
Münaqişə iyulun 24-də səhər saatlarında mübahisəli Trat ərazisində başlayıb. Hər iki tərəf döyüş təyyarələri və ağır artilleriyadan istifadə edib. Nəticədə münaqişə zonasından 100 mindən çox insan təxliyə edilib. Tailandın məlumatına görə, toqquşmalarda altısı əsgər olmaqla 19 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Kamboca 13 nəfərin öldüyünü bildirib.