AZ

Donald Tramp özünü “dünyanın prezidenti” adlandırdı

ABŞ prezidenti Donald Tramp Taylandın baş naziri səlahiyyətlərini icra edən Phumtham Vechayachai və Kamboca baş naziri Khun Manet ilə telefon danışığı apardığını bildirib.

“Cəmi altı ay ərzində mən çoxlu müharibələrə son qoymuşam.Sülhün Prezidenti olmaqdan qürur duyuram!” – deyə Tramp Truth sosial şəbəkəsində yazıb. O, Tailand və Kamboca arasında sülh razılaşmasının onun danışıqlarda şəxsi iştirakı sayəsində əldə edildiyinə aydınlıq gətirib. Ağ Evin rəhbəri öz administrasiyasına hər iki ölkə ilə ticarət danışıqlarını bərpa etməyi əmr edib.
Bu gün ramp bildirib ki, əldə olunmuş atəşkəsə səbəb onun şərti olub – ticarət sazişinin imzalanması üçün bütün ziddiyyətləri həll etmək. Onun sözlərinə görə, Ruanda ilə Konqo Demokratik Respublikası arasında münaqişə də analoji şəkildə başa çatıb.

Xatırladaq ki, Kamboca və Tailand arasında döyüşlər iyulun 24-dən başlanıb. Səbəb Tamoanthom, Tamoantuç və Takrabay məbədləri ətrafındakı ərazi ilə bağlı mübahisə olub. Döyüşlərdə ən azı 35 nəfər həlak olub. Malayziyanın baş naziri Ənvər İbrahim bu gün Kuala-Lumpurda Kamboca və Tailand arasında danışıqlardan sonra razılaşmanı açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
2
editor.az

10Mənbələr