AZ

Şəkidə ağır avtoqəza olub, ölən və xəsarət alanlar var

Şəkidə ağır yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
13
25
report.az

10Mənbələr