AZ

Münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir - Milli Məclisin sədri

Bakı. Trend:

İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində QadınParlament Sədrlərinin 15-ci Sammiti keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalqtəşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yəyaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən MilliMəclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərəkhazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitarböhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssasvəziyyətdə olduqlarını söyləyib.

Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan,köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə vəmüdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Həmçinin,münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha dadərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərinüstündən xətt çəkir. Qadınların təkcə fiziki təhlükəsizliyinideyil, həm də ictimai-siyasi həyatın tamhüquqlu iştirakçıları kimiöz potensiallarını reallaşdırmaq imkanlarını da itirdikləri qeydolunub.

Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeydedən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərininəvvəllərində Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistantərəfindən işğalı, təkcə bu ərazilərin tamamilə məhv edilməsi ilədeyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitarböhranla nəticələndi, təxminən 1 milyon soydaşımız qaçqın vəməcburi köçkün vəziyyətinə düşdü. Spikerin sözlərinə görə, onların52 faizini qızlar və qadınlar təşkil edib. Bu qadınlar evlərini,ailələrini və təhlükəsizliklərini itirdilər.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini qabaqlayaraq,qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən Sahibə Qafarovaölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütünsahələrində fəal iştirakının təmin edilməyinə sadiq olduğunusöyləyib. Qeyd olunub ki, bu mənada, keçmiş məcburi köçkün vəqaçqın qadınlar da istisna deyil.

Milli Məclisin sədri deyib ki, Azərbaycan 2020-ci ildə ərazibütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərinbərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarınaqaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün buərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır.Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsilvə tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldanazad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyatakeçirilməsində fəal rol oynayırlar.

Bundan başqa, baxılmaqda olan “Gender bərabərliyinin təminedilməsi üzrə Milli Fəaliyyət Planı”nın layihəsində işğaldan azadedilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi,onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyənedilməsi üçün tədqiqatların aparılması və digər məsələlərin özəksini tapdığını söyləyən Sahibə Qafarova, vurğulayıb ki,Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülənişlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardantəmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlbedilməsini tələb edən tədbirlərdə də Azərbaycan qadınları iştirakedirlər.

Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha diqqətəçatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakıolmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərəfəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməkləyanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.

Seçilən
30
33
az.trend.az

10Mənbələr