Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 3 146 ədəd POS-terminal olub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə təxminən 21 % çoxdur.
Bundan başqa, F.Nəcəli qeyd edib ki, bu ilin yanvar-iyun aylarında muxtar respublikada POS-terminallar üzrə dövriyyə 50,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.
"İl ərzində nəzarət-kassa aparatları üzrə dövriyyə 18,3 % artaraq 184,9 milyon manat olub. Eyni zamanda, nağdsız əməliyyatlar üzrə dövriyyə 493,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,8 % artım deməkdir", - deyə o əlavə edib.