AZ

Naxçıvanda POS-terminalların sayı 21 % artıb

Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında 3 146 ədəd POS-terminal olub.

Bakues.az xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə təxminən 21 % çoxdur.

Bundan başqa, F.Nəcəfli qeyd edib ki, bu ilin I yarısında muxtar respublikada POS-terminallar üzrə dövriyyə 50,2 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.

“İl ərzində nəzarət-kassa aparatları üzrə dövriyyə 18,3 % artaraq 184,9 milyon manat olub. Eyni zamanda, nağdsız əməliyyatlar üzrə dövriyyə 493,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,8 % artım deməkdir”, – deyə o əlavə edib.

Seçilən
52
1
icma.az

2Mənbələr