AZ

On altı yaşına çatmayan qohumu ilə "evlənən" şəxsə cəza verildi

On altı yaşına çatmayan qohumu ilə "evlənən" şəxsə cəza verildiAbşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Qədim Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qədim Quliyev 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Qədim Quliyev qohumu və həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 2007-ci il təvəllüdlü, zərərçəkmiş N.N. (adı, soyadı şərtidir) ilə evlənmək barədə razılaşıb. O, 2023-cü ildə Abşeron rayonu ərazisində sözügedən qızla görüşüb, onu evlənmək məqsədilə Bakı şəhəri, Qaradağ rayonunda yaşayan əmisinin evinə aparıb. Sonra Qədim N.N. ilə yaşadığı ərazidə kirayədə qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayıb, mütəmadi olaraq qızla cinsi əlaqədə olub. Onların birgə yaşayış zamanı 2024-cü ildə uşaqları doğulub.

Hadisədən sonra Qədim Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
10
3
sonxeber.az

4Mənbələr