AZ

On altı yaşına çatmayan qohumu ilə “evlənən” şəxsə cəza verildi

Abşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Qədim Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Qədim Quliyev qohumu və həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 2007-ci il təvəllüdlü, zərərçəkmiş N.N. (adı, soyadı şərtidir) ilə evlənmək barədə razılaşıb. O, 2023-cü ildə Abşeron rayonu ərazisində sözügedən qızla görüşüb, onu evlənmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonunda yaşayan əmisinin evinə aparıb. Sonra Qədim N.N. ilə yaşadığı ərazidə kirayədə qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayıb, mütəmadi olaraq qızilə cinsi əlaqədə olub. Onların birgə yaşayış zamanı 2024-cü ildə uşaqları doğulub.


Hadisədən sonra Qədim Quliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

 

Kamal Məmmədov 

Tarix: 28 İyul 2025, 08:16   
Seçilən
37
3
pravda.az

4Mənbələr