AZ

Milli Qəhraman Natiq Qasımovun anası ilə vida mərasimi keçirilir

GƏNCƏ, 28 iyul. TELEQRAF

Gəncədə Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, vida mərasimi D.Qasımovanın yaşadığı evdə keçirilir.

Vida mərasiminə rəsmilər, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları, rəsmilər, Natiq Qasımovun yaxınları iştirak edirlər.

Məlumat üçün bildirək ki, 83 yaşlı Dursun Qasımova dünən axşam saatlarında vəfat edib. Qadın bir müddət idi xəstəlikdən əziyyət çəkidir. D. Qasımova Səbiskar qəbristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Seçilən
17
5
teleqraf.com

7Mənbələr