AZ

Milli Qəhraman Natiq Qasımovun anası ilə vida mərasimi keçirilir

Gəncədə Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova ilə vida mərasimi başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, vida mərasimi D.Qasımovanın yaşadığı evdə keçirilir.

Mərasimdə Gəncə şəhərininin rəhbərliyi, rəsmilər, şəhid və qazi ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edirlər.

Məlumat üçün bildirək ki, 83 yaşlı Dursun Qasımova dünən axşam saatlarında vəfat edib.

O, bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. D. Qasımova Səbiskar qəbristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.
Seçilən
43
7
sherg.az

7Mənbələr