AZ

Azərbaycan - Fransa oyunu Gəncədə keçirilməyəcək - Stadion açıqlandı

BAKI. 28 iyul. TELEQRAF

Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun stadionu müəyyənləşib.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Noyabrın 16-da keçiriləcək D qrupunun son tur görüşü saat 21:00-da başlanacaq.

Azərbaycan millisinin Ukrayna ilə görüşü də məhz bu arenada keçiriləcək. Oyun sentyabrın 9-da saat 20:00-da başlanacaq.

Noyabrın 16-da İslandiya ilə ev oyunu da eyni saatda başlayacaq, amma fərqli məkanda - 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.

Qeyd edək ki, Azərbaycan - Fransa matçının paytaxtda keçirilməyəcəyi iddia olunurdu. Hətta məkan kimi Gəncə şəhər stadionu göstərilirdi.

Seçilən
45
9
teleqraf.com

10Mənbələr