Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun stadionu müəyyənləşib.
ONN media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Noyabrın 16-da keçiriləcək D qrupunun son tur görüşü saat 21:00-da başlanacaq.
Azərbaycan millisinin Ukrayna ilə görüşü də məhz bu arenada keçiriləcək. Oyun sentyabrın 9-da saat 20:00-da başlanacaq.
Noyabrın 16-da İslandiya ilə ev oyunu da eyni saatda başlayacaq, amma fərqli məkanda - 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.
Qeyd edək ki, Azərbaycan - Fransa matçının paytaxtda keçirilməyəcəyi iddia olunurdu. Hətta məkan kimi Gəncə şəhər stadionu göstərilirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta