AZ

Bakıda məsciddə qətl: yatdığı yerdə öldürdü

Bakıda məsciddə qətl törədilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən "İmam Ümmət" məscidində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə öldürülüb. Ona 30-dan çox bıçaq zərbəsi endirilib.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Elvin Məmmədov saxlanılıb.

E.Məmmədov Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Seçilən
15
1
axar.az

2Mənbələr