AZ

Bakıda 35 yaşlı şəxs Məsciddə 30 bıçaq zərbəsi ilə öldürüldü!


Bakıda məsciddə qətl törədilib. Hadisə iyulun 26-sı gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən "İmam Ümmət" məscidində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə öldürülüb. Ona 30-dan çox bıçaq zərbəsi endirilib. Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Elvin Məmmədov saxlanılıb. E.Məmmədov Vətən müharibəsi iştirakçısıdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Seçilən
1
1
baki-xeber.com

2Mənbələr